Bakı. 28 fevral. REPORT.AZ/ Fevralın 27-də ABŞ prezidenti Donald Tramp Hanoy şəhərində Şimali Koreya lideri Kim Çen Inla çox gözəl görüş keçirdiyini və şam etdiyini bildirib.
“Report” xəbər verir ki, o bunu öz "Twitter" səhifəsində yazıb.
"Vyetnamda Şimali Koreya lideri Kim Çen Inla çox gözəl görüş və şam yeməyi oldu. Çox yaxşı dialoq alındı. Sabah müzakirələrimizin davamını səbrsizliklə gözləyirəm", - deyə Donald Tramp bildirib.