Tramp İran gələcəkdə təslim yolunu seçəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran gələcəkdə təslim yolunu seçəcək.

"Report" xəbər verir ki, Tramp bu barədə süni intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan şirkətlərin rəhbərləri ilə görüşdən sonra Ağ evin qarşısında jurnalistlərə bildirib.

"Onların (İran hakimiyyətinin - red.) artıq təslim olmağa hazırlaşıb-hazırlaşmadığını bilmirəm. Amma onlar təslim olacaqlar. Onların işləri çox pis gedir", - Tramp bildirib.

O həmçinin qeyd edib ki, son bir neçə gün ərzində Hörmüz boğazı vasitəsilə tarixdəki istənilən vaxtdan daha çox neft nəql edilib.

Tramp bir daha İranın heç vaxt nüvə silahının olmayacağına əminliyini ifadə edib.

İran hakimiyyəti dəfələrlə nüvə silahı yaratmağa can atmadıqlarını bəyan edib.

Digər xəbərlər