Tramp Si Çzinpinlə görüşün təyin edilmədiyini bildirib

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının sədri Si Çzinpinlə ticarət razılaşması üzrə görüş hələ təyin olunmayıb.

Bu barədə "Report" "Bloomberg"ə istinadən xəbər verir.

"Hələlik yox", - deyə Tramp bu barədə sualı cavablandırarkən bildirib.

Daha əvvəl KİV bildirib ki, Tramp və Si Çzinpin fevralın 27-28-də Vyetnamda görüşün təşkili imkanını nəzərdən keçirirlər.

Fevralın əvvəllərində Çin rəsmiləri bildiriblər ki, ticarət razılaşması üzrə danışıqların son raundunun gedişatında rəsmi Pekin və Vaşinqton əhəmiyyətli irəliləyişə nail olublar.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10