Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib

ABŞ Prezidenti Donald Tramp iddia edib ki, Ay Birləşmiş Ştatlara məxsusdur.

"Report"un məlumatına görə, Ağ Ev rəhbəri bununla bağlı "Truth Social"dakı səhifəsindəki paylaşım edib.

Tramp Ayın şəklini "Ay bizimdir" (The Moon is ours-red) başlığı və ABŞ bayrağı ilə paylaşıb.

Xatırladaq ki, ABŞ lideri bir müddət əvvəl Hörmüz boğazının adının "Tramp boğazı" olaraq dəyişdirilməsini təklif edib.

Digər xəbərlər