Tramp: ABŞ Venesuela hakimiyyəti ilə koordinasiyalı şəkildə neft tankerini saxlayıb

ABŞ Venesuela ilə koordinasiyada Cənubi Amerika ölkəsini "icazəsiz" tərk edən neft tankerini saxlayıb.

"Report"un məlumatına görə, bu barədə ABŞ lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

Ağ Ev rəhbəri hansı gəminin saxlanıldığını dəqiqləşdirməyib. Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "Olina" adlı neft tankerinin saxlanıldığını rəsmi şəkildə təsdiqləmişdi.

"Bu gün ABŞ Venesuelanın müvəqqəti hakimiyyəti ilə koordinasiyada Venesuelanı bizim icazəmiz olmadan tərk edən neft tankerini saxladı. Hazırda bu tanker Venesuelaya qaytarılır və (gəmidəki) neft bizim belə satışlar üçün yaratdığımız "GREAT Energy Deal" çərçivəsində satılacaq", - Tramp qeyd edib.

Digər xəbərlər