ABŞ Prezidenti Donald Tramp, Birləşmiş Ştatlar İranın nüvə obyektlərinə zərbə endirəndən bəri Tehranla əlaqə saxlamadığını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.
"ABŞ-nin keçmiş prezidenti Barak Obama "Nüvə silahına doğru yol" sazişi çərçivəsində onlara milyardlarla dollar ödəyib. İndi müddəti bitib! (Birgə Hərtərəfli Fəaliyyət Planı nəzərdə tutulur - red.). ABŞ onun nüvə obyektlərinə zərbə endirəndən bəri Tehranla danışmamışam", - D.Tramp yazıb.