​Terrorçular Hələb şəhərini atəşə tutublar, 9 nəfər ölüb

Bakı. 10 avqust. REPORT.AZ/ Suriyada terrorçular Hələb şəhərinin Həmdaniyə məhəlləsini minaatanlardan atəşə tutublar.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" xəbər yayıb.

"Atəş nəticəsində 9 nəfər ölüb, təqribən 30 dinc sakin qəlbə yaraları ilə xəstəxanaya yerləşdirilib", - deyə məlumatda bildirilir.

Suriyanın SANA agentliyi öz mənbələrinə istinadən 13 nəfərin öldüyünü yazıb.

Digər xəbərlər