​Tallin ləğv olunmuş “Estonian Air” şirkətini “Nordic Aviation” ilə əvəzləyib

Bakı. 7 noyabr. REPORT.AZ/ Tallin “Estonian Air” aviaşirkətini “Nordic Aviation” ilə əvəzləyib.

“Report” Estoniya KİV-nə istinadən xəbər verir ki, yeni milli aviaşirkət uçuşlara noyabrın 8-dən başlayacaq.

Aviadaşıyıcı hələ ki, səkkiz istiqamətdə xidmət göstərəcək: Amsterdam, Brüssel, Kopenhagen, Stokholm, Oslo, Kiyev, Tronheym və Vilnüs.

Estoniya hökuməti noyabrın 7-də “Estonian Air” aviaşirkətini ləğv edib. Bu addım dövlət subsidiyasının ödənməsinə təkid edən Avropa Komissiyasının tələbinə əsasən atılıb. Əks təqdirdə Avropa İttifaqının daşınma qaydaları haqqında qanunu pozulmuş olardı.

Digər xəbərlər