“Taliban” hezarilərin liderinin abidəsini partladıb

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması Əfqanıstanda yaşayan etnik qruplardan biri olan hezarilərin (xəzərilər) lideri Abdul Əli Məzarinin abidəsinə qarşı vandalizm aktı törədiblər.

“Report” TASS-a istinadən xəbər verir ki, “Taliban” qruplaşmasının nümayəndələri Bamian şəhərində yerləşən abidəni partladıblar.

Qeyd edək ki, A.Ə.Məzari 1990-cı illərdəki vətəndaş müharibəsi zamanı “Taliban”a qarşı döyüşüb.

Digər xəbərlər

İran ABŞ ilə dialoqa hazırdır 28 yanvar, 2026 / 18:46
Tramp: İrana verilən vaxt bitir 28 yanvar, 2026 / 16:44