Syerra-Leonenin paytaxtı Fritaundakı həbsxanaya hücum zamanı 2 minə yaxın məhbus qaçıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" həbsxana rəsmilərinin hesabatına istinadən məlumat yayıb.
Məlumata görə, 1 890-a yaxın məhbus qaçıb, onlardan 23-ü artıq geri qaytarılıb.
Daha əvvəl “Reuters” ordu sözçüsünə istinadən xəbər verib ki, Syerra-Leonedə bazar günü iğtişaşlar zamanı 13-ü hərbçi olmaqla 20 nəfər həlak olub.
Prezident Julius Maada Bio noyabrın 26-da dövlət televiziyası ilə çıxışında ölkədə sakitliyin bərpa olunduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, hücumların təşkilatçılarının çoxu saxlanılıb və hüquq-mühafizə orqanları təhlükəsizliyi təmin etmək üçün əməliyyatlar aparır.