Suriyanın xarici işlər naziri (XİN) Əssad Həsən əş-Şibani Böyük Britaniyaya rəsmi səfərə yollanacaq.
Bu barədə "Report" SANA-ya istinadən xəbər verir.
Məlumata görə, səfər zamanı Həsən əş-Şibani bir sıra Britaniya rəsmiləri ilə danışıqlar aparacaq.
Xatırladaq ki, noyabrın 10-da Suriya Prezidenti Əhməd əş-Şaraa Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.