Bakı. 6 sentyabr. REPORT.AZ/ Suriyanın şimalında İŞİD silahlı terror qruplaşması ilə toqquşmada Türkiyə Silahlı Qüvvələrinin 2 əsgəri şəhid olub, 5 hərbçi yaralanıb.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, İŞİD terrorçuları Suriyanın Cərablus şəhəri yaxınlığında "Fərat qalxanı" əməliyyatına qatılan Türkiyəyə məxsus 2 tanka hücum ediblər.