Suriyanın Tanfda ərazisində yerləşən ABŞ-a məxsus hərbi bazaya hücum olub.
“Report” xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, qabaqlayıcı tədbirlər görülüb.
Təfərrüatlar, o cümlədən hücumu kimin həyata keçirdiyi məlum deyil.
Məlumata görə, bazaya 2 PUA ilə hücum olub. Onlar havada zərərsizləşdirilib.
Suriyanın məsələyə hələ ki, reaksiyası daxil olmayıb.