Suriyada yaşayış məntəqəsi atəşə tutulub, iki nəfər ölüb

Bakı. 8 mart. REPORT.AZ/ Suriyanın Əl-Malikiyyə yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində iki dinc sakin ölüb, daha səkkizi yaralanıb.

"Report" SANA-ya istinadən xəbər verir ki, yaşayış məntəqəsi yaraqlı ekstremistlər tərəfindən minaatanlardan atəşə tutulub.

Yaralıların vəziyyətinin nə dərəcədə ağır olduğu açıqlanmır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10