Suriyada rusiyalı hərbçilər və jurnalistlər xəsarət alıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiyanın "Zvezda" və "NTV" telekanallarının 4 jurnalisti Suriyada xəsarət alıb.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Deyr ez-Zorda baş verib. Terrorçuların məsafədən idarə olunan mərmisinin partlaması nəticəsində jurnalistlərlə birlikdə daha 5 hərbçi də yaralanıb. Yaralıların hamısı operativ şəkildə "Xmeymim" aviabazasına çatdırılıb və onlara zəruri tibbi yardım göstərilib. 

Həkimlərin verdiyi məlumata görə, onların həyatı üçün təhlükə yoxdur.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09