Suriya ordusu Dəməşqin 5 rayonunu terrorçulardan azad edib

Bakı. 21 iyun. REPORT.AZ/ Suriyanın hökumət qoşunları aviasiya və artilleriyanın dəstəyi ilə Dəməşqin cənub-şərqində 5 rayonu terrorçulardan azad edib.

"Report" xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

Məlumata görə, Suriya ordusu Dəməşqin cənub-şərq ətrafında yerləşən Bir Kaseb, Hurbet Kaseb, Tulyul ər-Ravabi, Sarihi və İrinba rayonları üzərində nəzarəti geri qaytarıb. Döyüş nəticəsində terrorçular itki veriblər, onların atəş mövqeləri məhv edilib. Geri çəkilən yaraqlılar çoxlu sayda döyüş sursatları qoyub qaçıblar.

Digər xəbərlər