Sudanda təyyarə qəzaya uğrayıb, 11 nəfər ölüb

Sudanın Port-Sudan şəhərinin beynəlxalq hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 11 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən “Al-Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, təyyarə qəzası “texniki nasazlıq səbəbindən havaya qalxdıqdan sonra” baş verib.

Digər xəbərlər