“NATO Vilnüsdə keçiriləcək yay sammitində Ukraynaya uzunmüddətli yardım paketini qəbul edəcək. O, Ukraynanı Şimali Atlantika Müqaviləsi Təşkilatının standartlarına uyğunlaşdırmaq üçün nəzərdə tutulub”.
“Report” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Welt” nəşrinə bildirib.
“Ukraynanın gələcəyi NATO-dadır, lakin indi Ukrayna üçün prioritet özünü suveren və müstəqil dövlət kimi təsdiqləməkdir - əks halda üzvlüklə bağlı müzakirələrin mənası yoxdur”, - o deyib.
Stoltenberq əlavə edib ki, müharibə başa çatdıqdan sonra Ukraynanın təhlükəsizliyi ilə bağlı razılaşmalar olmalıdır ki, Rusiya sonda yenidən silahlanıb hücuma keçə bilməsin.