Stoltenberq: NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur

NATO Ukraynaya qoşun göndərməyi planlaşdırmır, Alyans münaqişənin tərəfi deyil.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “Reuters”ə müsahibəsində bildirib.

“NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur və nə NATO-nun özü, nə də NATO müttəfiqləri münaqişənin tərəfidir”, – Baş katib vurğulayıb.

Stoltenberqin fikrincə, hər hansı ayrı-ayrı NATO ölkəsi Ukraynaya qoşun göndərərsə, bu, bütövlükdə alyansa təsir edəcək, çünki onun üzvləri kollektiv müdafiə paktı ilə bağlıdır.

Digər xəbərlər