Bakı. 23 yanvar. REPORT.AZ/ BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Astanada Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfərinin başçılıq etdiyi Suriya hökumətinin nümayəndə heyəti ilə danışıqlar keçirir.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Bu görüşdən sonra Rusiya, Türkiyə, İran və BMT-nin vasitəçiliyi ilə hökumət və silahlı Suriya müxalifəti nümayəndə heyətləri arasında danışıqlara rəsmən başlanacağı gözələnilir.