Solomon adalarının cənubunda 5,1 maqnitudalı zəlzələ baş verib

Solomon adalarının əsas adasının cənub sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geoloji Bürosu məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri Qvadalkanal adasının sahillərindən 40 km-dən az məsafədə yerləşib. Bu adada təxminən 110 min nəfər yaşayır və ölkənin paytaxtı Honiyara yerləşir. Ocağın dərinliyi 46 km olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Digər xəbərlər