Slovakiyanın Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcısı ölkənin qərbində, Nitryanskda, Zlate-Moravse şəhəri yaxınlığında qəzaya uğrayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin nümayəndəsi Danka Sapakova bildirib.
"Zlate-Moravse şəhəri yaxınlığında "MiQ-29" qəzaya uğrayıb, pilot katapulta vasitəsilə xilas olub", - deyə o bildirib.
Qeyd edilir ki, təyyarə şənbə günü axşam, təlim uçuşu zamanı qəzaya uğrayıb. İkinci qırıcı isə yerə enib.
Hadisə yerinə ölkənin müdafiə naziri Peter Qaydoş gəlib. Pilotun taleyi hələlik naməlumdur.