Şimali Koreya ildə iki esmines istehsal edəcək

Koreya Xalq Demokratik Respublikası (KXDR) ildə iki esmines inşa edəcək və milli donanmasını nüvə silahları ilə təchiz etmək işini davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə ölkə lideri Kim Çen In bu açıqlamanı sahil şəhəri Nampodakı gəmiqayırma zavoduna səfəri zamanı danışıb.

Orada o, yeni esmines "Çve Ryon"un istismara verilməzdən əvvəl sınaqlarının gedişatını yoxlayıb.

KXDR rəhbəri bildirib ki, yeni esmineslərin tikintisi üçün kifayət qədər insan və sənaye potensialı mövcuddur:

"Donanmamızın sualtı və yerüstü hücum qüvvələri kəskin şəkildə genişləndiriləcək. Donanmanın nüvə silahları qənaətbəxş şəkildə inkişaf etdirilir. Bu, yalnız müdafiə üçün lazımdır. Əgər müdafiə qabiliyyətimizin bu qədər güclənməsindən qorxan qüvvələr varsa, deməli, onlar bizim düşmənimizdir", - deyə o qeyd edib.

Digər xəbərlər

İraq işıqsız qalıb 04 mart, 2026 / 23:31