Serbiya əhalisi 2016-cı ildən bəri 430 mindən çox azalıb.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiyanın Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2016-cı ildən bəri ölkədə ölənlərin sayının doğulanların sayını xeyli üstələməsi səbəbindən əhali arasında 434 min 948 nəfər azalma var.
Statistika İdarəsinin məlumatına görə, 2025-ci ildə Serbiyanın əhalisi təxminən 6 milyon 549 min 901 nəfər təşkil edib:
"2025-ci ildə Serbiyada 59 min 483 diri körpə doğuşu qeydə alınıb, 95 min 247 isə ölüm halı baş verib".