İsrail Tehranda İranın komandanlıq mərkəzlərinə zərbələr dalğasını başa çatdırıb.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında deyilir.
"İsrail ordusu İranın komandanlıq mərkəzlərinə zərbələr dalğasını başa çatdırıb" - məlumatda qeyd olunub.
Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsinin qərargahına, ballistik raketlərlə bağlı komandanlıq mərkəzinə, həmçinin daxili təhlükəsizlik qüvvələrinin maddi-texniki xidmət mərkəzinə zərbələr endirilib.
İsrail ordusu həmçinin İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirildiyini bildiriblər.