Bakı. 25 noyabr. REPORT.AZ/ Sent-Luis (Missuri ştatı) şəhərinin polis idarəsinin rəisi bildirib ki, polis Ferqyusonda növbəti axşam və gecə daha sərt tədbirlərə əl atacaq.
"Report" TASS agentliyinə istinadən bu barədə məlumat verir.
"Biz erkən mərhələdə iğtişaşların qarşısını almaq niyyətindəyik. Biz bunun üçün kifayət qədər resurslara malikik", - Sem Dotson bildirib.
Polis əlavə edib ki, cinayətkarlar Ferqyusondakı etirazları kriminal məqsədlər üçün istifadə ediblər.
Hazırda Sent-Luis və Ferqyuson şəhərlərində vəziyyət sabitdir. Ötən gecə şəhərdə və onun ətrafındaki iğtişaşları bir çox evlərdəki sındırılmış pəncərələr, bir neçə yandırılmış binalar və avtomobillər göstərir.