Rusiyanın Tacikistandakı hərbi bazasında partlayış baş verib

Bakı. 4 fevral. REPORT.AZ/ Tacikistanın Mərkəzi hərbi dairə komissiyası və hüquq-mühafizə orqanları Rusiya hərbi bazası ərazisində mülki şəxsin hansı şəraitdə həlak olmasını müəyyənləşdirir.

“Report” TASS-a istinadən xəbər verir ki, ilkin məlumata görə, qadağan olunmuş poliqon ərazisinə daxil olmuş naməlum şəxs metall qırıntıları axtaran zaman partlamamış döyüş sursatının partlaması nəticəsində ölüb.

Hadisənin baş verdiyi 201-ci hərbi baza Rusiyanın xaricdəki ən böyük hərbi obyektidir. O, 2042-ci ilə qədər Tacikistanda mövcud olacaq.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10