Rusiyanın Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib

Ukraynanın Lvov şəhərinə Rusiya Silahlı Qüvvələrinin (SQ) hücumları nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri 5 saatdan çox müddət ərzində bölgəyə zərbələr endirib. Bir sıra obyektlərə, o cümlədən yaşayış binalarına ziyan dəyib.

Xilasedicilər, tibb işçiləri, polis və fövqəladə hallar xidmətləri zərərçəkənlərə yardım göstərmək üçün hadisə yerində fasiləsiz işləyir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12