Rusiyada kütləvi dava baş verib: xəsarət alanlar var

Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində kütləvi dava baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Məlumata görə, bir neçə nəfər spirtli içki qəbul etdikdən sonra paytaxtın Boyçovıy küçəsində dalaşıblar. Dava zamanı 3 nəfər bıçaq xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, hadisənin səbəbkarlarından biri bıçaq zərbəsi almış yaralıdır.

Operativ təhqiqat qrupu hadisə yerində təhqiqat aparır. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10