Rusiyada 6 nəfər təyyarənin trapından yıxılaraq xəsarət alıb

Bakı. 12 fevral. REPORT.AZ/ Çərşənbə axşamı səhər Rusiyanın Barnaul şəhər aeroportunda 6 nəfər təyyarənin trapından yıxılaraq xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat yayıb.

Hadisə Barnauldan Domodedovo hava limanına uçmalı olan "Ural Hava Yolları" aviaşirkətinə məxsus təyyarədə baş verib. Təyyarəyə minən zaman 6 nəfər trapdan yıxılıb. Onlar müxtəlif dərəcəli travmalar alıblar, əsasən də əziliblər. İki nəfər xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10