Rusiyada 5,7 maqnitudada zəlzələ olub

Rusiyanın Kamçatka diyarında 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı teleqram kanalında məlumat yayıb.

Seysmik hadisə Petropavlovsk-Kamçatskdan 300 km məsafədə baş verib. Zəlzələnin episentri 80,4 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər

Tramp İrana təşəkkür edib 16 yanvar, 2026 / 22:13