Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib

Rusiya və Ukrayna Belarus ərazisində həlak olmuş hərbi qulluqçuların meyitlərini mübadilə edib.

Bu barədə "Report" BELTA-ya istinadən xəbər verir.

Məlumata görə, Ukraynaya 252, Rusiyaya isə 25 meyit təhvil verilib.

Rusiya və Ukrayna arasında həlak olmuş hərbi qulluqçuların meyitlərinin əvvəlki mübadiləsi sentyabrın 17-də baş tutub. O zaman Rusiya tərəfi 23 meyit alıb, Ukraynaya isə Silahlı Qüvvələrin həlak olmuş 252 hərbi qulluqçusunun meyiti təhvil verilib.

Digər xəbərlər