Si Cinpin: Çin müasir dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoyub

Çin müasir sosialist dövləti quruculuğunun yeni mərhələsindədir.

"Report" "CCTV+" telekanalına istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Çin Fəhlə-Kəndli Qırmızı Ordusunun Böyük Yürüşdəki qələbəsinin 90 illiyinə həsr olunmuş tədbirdə bildirib.

"İndi biz hər cəhətdən böyük müasir sosialist dövləti qurmağa və ikinci yüzillik hədəfə – Çin üslubunda modernləşdirmə vasitəsilə ölkə xalqının böyük dirçəlişinin hərtərəfli irəlilədilməsinə nail olmağa çalışaraq yeni bir yoldayıq. Yalnız tarixi xatırlayaraq biz parlaq gələcək yarada bilərik", - o qeyd edib.

Digər xəbərlər