Albaniya parlamentinin bugünkü iclası Sosialist və Demokrat partiyalarından olan deputatlar arasında dava ilə başa çatıb.
"Report" CNA-ya istinadən xəbər verir ki, sessiya zamanı parlamentarilər bir-birini təhqir ediblər.
Müxalifət deputatları gündəliyin müzakirəsini bloklamağa çalışdıqları halda, çoxluğun nümayəndələri gündəliyə daxil edilmiş qanun layihələrinə səs verməyə davam ediblər.