Rusiya və ABŞ Xarici İşlər nazirlikləri xətti ilə növbəti məsləhətləşmələr raundu planlaşdırır.
"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"İndi növbəti Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr raundu planlaşdırılır. Orada həll olunmamış qalan bir çox məsələlər var", - Y.Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya və ABŞ hazırda əsasən Ukrayna ilə bağlı dialoq aparır, ikitərəfli münasibətlərin inkişafından danışmaq hələ tezdir.