Bakı. 2 oktyabr. REPORT.AZ/ Ötən gün ərzində Rusiya təyyarələri Suriyadakı İŞİD obyektinə 6 hava zərbəsi endirib. Bunun nəticəsində terrorçuların komanda məntəqəsi məhv edilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Gün ərzindı 14 uçuş həyata keçirilib və bunun nəticəsində İdlib raronunda terrorçuların komanda məntəqəsi məhv edilib” deyə Konaşenkov bildirib.