Rusiya Donetskə zərbə endirib: 5 ölü, 12 yaralı var

Rusiya ordusunun Ukraynanın Donetsk vilayətini atəşə tutması nəticəsində 5 nəfər, o cümlədən bir uşaq həlak olub, daha 12 nəfər yaralanıb.

"Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Rusiya Kramatorsk rayonunu 11 dəfə atəşə tutub. Biri uşaq olmaqla dörd nəfər həlak olub, dörd nəfər isə yaralanıb. Rusiya qoşunlarının fərdi yaşayış evinə zərbə endirməsi nəticəsində 8 yaşlı oğlan, onun 19 yaşlı əkiz qardaşları və 63 yaşlı qonşu həlak olub. İki qadın - uşaqların anası və nənəsi yaralanıb", - DİN-in telegram kanalındakı məlumatda deyilir.

Bundan başqa, Kramatorsk rayonunun Çerkasskoye kəndində Rusiyanın PUA ilə endirdiyi zərbə nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb. Malotaranovka qəsəbəsində üç nəfər xəsarət alıb. Drujkovka şəhərində də üç dinc sakin yaralanıb.

Digər xəbərlər