Rubio ABŞ-nin Lavrova qarşı sanksiyalarının ləğvi ehtimalını istisna etmir

ABŞ Dövlət katibi Marko Rubio gələcəkdə Rusiya xarici işlər naziri Sergey Lavrova qarşı birtərəfli sanksiyaların ləğvi ehtimalını istisna etməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rubio Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş Rusiya-ABŞ danışıqlarının yekununda bildirib.

“Biz hələ ki, danışıqların o səviyyəsində deyilik. Amma, əlbəttə müzakirə edilməli olan bir sıra mövzular var”, - o, mətbuat konfransında Vaşinqtonun gələcək addımlarının Lavrova qarşı sanksiyaların ləğvini əhatə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Rubio vurğulayıb ki, hələ prosesə başlamayıblar, ilkin razılıq isə əldə olunub.

Digər xəbərlər

Tacikistanda zəlzələ olub 09 yanvar, 2026 / 02:24
Tramp: Kuba çətin vəziyyətdədir 08 yanvar, 2026 / 23:54