Reuters: Tramp Putinə görə İstanbula getməyəcək

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında danışıqlarda iştirak etmək üçün İstanbula getməyəcək.

“Report” xəbər verir ki, bu barədə adı çəkilməyən ABŞ rəsmisinə istinadən Reuters agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, prezident Vladimir Putin Rusiya nümayəndə heyətinin tərkibində olarsa, Tramp Türkiyəyə səfər etməyi planlaşdırırdı.

Prezident Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna hakimiyyəti ilə danışıqların aparılmasını təklif etsə də, o, iştirakını açıqlamayıb. Mayın 14-ü axşam saatlarında Kreml nümayəndə heyətinin tərkibini təsdiqləyib. Ona Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Digər xəbərlər