Qvatemalada baş vermiş yanğın zamanı ölənlərin sayı 40-a çatıb

Bakı. 13 mart. REPORT.AZ/ Qvatemalada reabilitasiya mərkəzində baş vermiş güclü yanğın zamanı ölənlərin sayı 40 nəfərə çatıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, ağır yanıq xəsarətləri almış daha 1 nəfər ölkə paytaxtındakı "Roosevelt" xəstəxanasında dünyasını dəyişib.

Hazırda xəstəxanada daha 15 yaralı var. Onlardan 10-un vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, güclü yanğın paytaxt yaxınlığında, ailə zorakılıqları ilə üzləşmiş uşaqların olduğu mərkəzdə, martın 8-də baş verib. Hadisə zamanı onlarla uşaq və mərkəz işçisi yanıq xəsarətləri alıb.

İlkin məlumatda həlak olanların sayının 17, yaralıların sayının isə 30 nəfər olduğu bildirilirdi.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10