Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Hindistan və Pakistan arasında nüvə müharibəsinin baş verməyəcəyini düşünür.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə o, Moskvada keçirilən Ümumdünya Atom Həftəsi forumunda BAEA-nın regionda təhlükəsizliyin yaxşılaşdırılması üçün nə edə biləcəyi ilə bağlı sualı cavablandırarkən danışıb.
"Siz iki ölkə arasında baş verə biləcəklərdən, o cümlədən nüvə müharibəsindən danışırsınız. Məncə, bu, ağlasığmazdır", - o deyib.
Qrossi qeyd edib ki, iki ölkə arasında bütün gərginliklərə baxmayaraq, belə bir ehtimalın qarşısını almaq üçün hər cür səy göstərilir.