Qırğızıstanın xarici işlər naziri istefa verib

Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib.

"Report" xəbər verir ki, bu barədə TASS-a ölkə Prezidentinin Administrasiyasındakı mənbə bildirib.

Qırğızıstan Prezidenti Sadır Japarov Kazakbayevin istefasını qəbul edib.

Xarici işlər nazirinin işdən çıxarılmasının səbəbləri göstərilmir.

Onun səlahiyyətlərini Jeenbek Kulubayev müvəqqəti icra edəcək.

Digər xəbərlər