Qətər ABŞ-nin Əl-Udeyd bazasına zərbə endirildiyini bildirib

İrandan Qətərə atılan ballistik raket ABŞ Silahlı Qüvvələrinin Əmirlikdə yerləşən Əl-Udeyd hava bazasına düşüb.

"Report" xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, İran Qətər ərazisinə iki ballistik raket atıb: biri hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib, digəri isə Əl-Udeyd hava bazasına düşüb.

Müdafiə Nazirliyi hadisə nəticəsində heç bir itki və ya xəsarət olmadığını vurğulayıb.

Digər xəbərlər