Qasırğa səbəbindən Yaponiyada yüzlərlə aviareys təxirə salınıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Yaponiyada "Lan" qasırğasının yaxınlaşmaqda olması səbəbindən yüzlərlə təyyarə reysi təxirə salınıb

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, qasırğa bazar günü axşama doğru ölkənin mərkəzi regionlarına keçəcək.

Bütün aparıcı yapon aviadaşıyıcıları cədvəldə dəyişikliklər barədə bütün sərnişinləri məlumatlandırıblar.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09