Qambiyanın yeni prezidenti ölkəsinə qayıdıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Qambiyanın yeni prezidenti Adama Barrou Seneqaldan ölkəsinə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.

Bildirilir ki, A.Barrou artıq ölkənin paytaxtı Banjul şəhərindədir.

Xatırladaq ki, yeni prezident xələfi Yahya Cammenin öz vəzifəsini tərk etməməsi səbəbindən, yanvarın 19-da Seneqalda and içib. Lakin yanvarın 22-də Qambiyanın sabiq prezidenti Camme səlahiyyətlərindən imtina edərək ölkəni tərk edib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10