Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev sabah Davosda ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşəcək.
"Report" xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, tərəflər Ukrayna ilə bağlı ABŞ-nin sülh planını müzakirə edəcəklər.
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün bu həftə Davosa gedəcək.
"Report" xəbər verir ki, bu barədə "Reuters"in Rusiya və MDB üzrə bürosunun rəhbəri Qay Folkonbric mənbələrə istinadən "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Dmitriyev ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşlər keçirmək üçün Davosa gedəcək.