Perunun eks-prezidentinin həbs müddəti 2025-ci ilin avqustuna qədər uzadılıb

Peru məhkəməsi üsyan təşkil etməkdə ittiham olunan eks-prezident Pedro Kastilonun həbs müddətini 2025-ci ilin avqustun 6-dək qədər uzadıb.

“Report”un xəbərinə görə, bu barədə məhkəmənin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Məhkəmə hesab edib ki, onun barəsində mövcud olan iş baxılma mərhələsindədir.

Qeyd edək ki, prokurorlar eks-prezidenti qiyam, vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi ciddi şəkildə pozmaqda ittiham edərək barəsində 34 il həbs cəzası istəyiblər.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10