Parisdə 1 May nümayişi zamanı polis gözyaşardıcı qazdan istifadə edib

Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı keçirilən nümayişdə etirazçılarla polis arasında toqquşma baş verib, polis gözyaşardıcı qazdan istifadə edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Bildirilib ki, bir neçə avtobus dayanacağının və bankın şüşələri sındırılıb.

Qeyd edilib ki, hələ nümayiş başlamamışdan əvvəl polislər 2 740 yoxlama aparıb və bir neçə nəfəri saxlayıb. BFM telekanalı isə 22 nəfərin saxlanıldığı barədə məlumat yayıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10