Paris polisi Milli Assambleya yaxınlığında mitinqi qadağan edib

Fransa polisi ölkədə növbədənkənar parlament seçkilərinin ikinci turu zamanı Milli Assambleya (parlamentin aşağı palatası) qarşısında iyulun 7-nə planlaşdırılan mitinqi qadağan edib.

"Report" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Məlumata görə, antifaşist təşkilatlar “səsvermənin nəticəsindən asılı olmayaraq” yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) nümayişə çağırıblar.

Bundan əvvəl Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanin "France 2" telekanalında iyulun 7-də təhlükəsizliyin təmin edilməsinə 30 minə yaxın polisin cəlb olunacağını bildirmişdi.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10