Papua-Yeni Qvineya sahillərində 5,4 maqnitudada zəlzələ olub

Papua-Yeni Qvineya sahilləri yaxınlığında 5,4 maqnitudada zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri paytaxt Port Moresbidən 441 km şimalda, zəlzələ ocağı 182 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan olunmayıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09